Mobil

Ulefone: hərbi standartlara uyğun “Armor 25T Pro”yu – təqdim etdi

Zirehli və gecə görüş kameralı telefon istisal edən Ulefone, yeni cihazı olan Ulefone Armor 25T Pro-yu təqdim edib.

Yeni cihaz olan Ulefone Armor 25T Pro-da gecə görüş kamerası, termal kamera, güclü zirehli, suya və toz davamlılıq ilə təqdimat edib. Telefon 5G şəbəkə dəstəyi eyni zaman 2 sim kart girişinə sahibdi. Telefonu digər cihazlardan fərqləndirən isə, -20°C ilə 550°C arasındakı temperaturlarda obyektləri aşkar edə bilən ThermoVue termal görüntüləmə kamerasıdır.

Belə bir hərbi standartlara uyğun telefonda təbiki ekran yaddan çıxa bilməz, Ulefone Armor 25T Pro – 6,78 düym FullHD+ 120Hz qədər tezliyi olan və Gorilla Glass Victus ilə qorunan ekrana sahibdir. Bundan başqa Ulefone Armor 25T Pro 8 GB RAM (+ 8GB Virtual Ram), 256 GB Daxili yaddaş və 6500mAh batareya (33W qədər sürətli sarj etmə imkanı verən) təchiz olunub.


Daha ətraflı bütün xisusiyyətləri:

Şəbəkə5G NR, 4G LTE, 3G HSDPA. 2G GSM
ProsessorMediatek Dimensity 6300 5G
Ekran6,78 düym FullHD+ 120Hz (Gorilla Glass Victus ilə qorunur)
Yaddaş8 GB+8 GB RAM, 256 Gb Daxili
KameraƏsas 50MP, Gecə görüş 64 MP, Termal kamera 160X120, Ön 32MP HD
RəngQara, Qızıl
NFCVar
Batareya6500mAh (33W qədər sürətli sarj)
Ağırlıq326 q
MicroSD yuvasıVar
Əməliyyat sistemiAndroid 14

Ulefone Armor 25T Pro, 1 iyundan etibarən AliExpress’də satışa çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir