Bugün, OnePlus şirkəti yeni “Nord CE4 Lite” modelini resmi olaraq təqdim etdi. Cihazın satışa çıxarılması planlanan tarix 2 İyul 2024-dür. Bu yeni model, orta səviyyəli smartfonlar arasında mühüm yer tutacaq.
ONEPLUS NORD CE4 LITE Xüsussiyyətləri ilə tanış olaq.
Teknologiya və Şəbəkə
OnePlus Nord CE4 Lite modeli, GSM, HSPA, LTE və 5G şəbəkələrini dəstəkləyir. 2G, 3G, 4G və 5G bantları geniş çeşiddədir, buna görə də dünya çapında müxtəlif şəbəkələrlə uyğunluq təmin edir.
Dizayn və Göstəricilər
Cihazın ölçüləri 162.9 x 75.6 x 8.1 mm-dır və şüşə ön, plastik çərçivə və plastik arxa panel ilə təchiz olunmuşdur. IP54 səviyyəsində toza və su sıçrayışlarına qarşı dayanıqlıdır. Hibrid Dual SIM (Nano-SIM, dual stand-by) dəstəkləyir.
Ekran və Performans
AMOLED texnologiyası ilə təchiz olunmuş 6.67 düym ölçüsündə ekran, 120Hz yeniləmə tezliyi və 2100 nit parlaqlığa malikdir. “Android 14, OxygenOS 14” işletim sistemi və “Qualcomm SM6375 Snapdragon 695” 5G çipseti ilə təchiz olunmuşdur.
Yaddaş və Kamera
Cihazda 256GB daxili yaddaş və 8GB RAM mövcuddur. 50 MP əsas kamera və 16 MP ön kamera ilə 1080p video çəkilişi dəstəklənir.
Batareya və Əlaqə
5110 mAh batareya, 80W sürətli şarj və USB Type-C 2.0 ilə əlaqəni təmin edir. Stereo dinamiklər, 3.5mm qulaqlıq girişi, Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 5.1, NFC dəstəyi ilə donatılmışdır.
Qiymət və Rənglər
OnePlus Nord CE4 Lite modelinin qiyməti 300 EUR (təxminən 545 AZN) olacaq. Super Silver və Mega Blue rəng seçimləri mövcuddur.
Bu model, performansı və funksionalı ilə diqqət çəkir və orta səviyyəli istifadəçilər üçün ideal seçimdir.