TexnoPlay.Az – phonearena.com portalına istinadən xəbər verir ki, Setsuna Digital adlı insayder, Apple yeni modeli olacaq olan iPhone 16 Pro və iPhone 16 Pro Max ekranlarının xüsusiyyətlərini əldə etməyi bacarıb və gələcək smartfonlar haqqında yeni detallar paylaşıb.
iPhone 16 Pro və Pro Max modelləri ilə bağlı yayılan son məlumatlara görə, ekran çərçivələrinin nisbəti və incəliyi müzakirə məqamı olub. İnseyder Setsuna Digital tərəfindən açıqlanan məlumata görə, “iPhone 16 Pro“-da ekran çərçivələrinin təxminən 1,2 mm, “iPhone 16 Pro Max” modelində isə 1,15 mm olacağı gözlənilir.
Qarşılaşdırmaq üçün, iPhone 15 Pro modelindəki çerçivələr 1.71 mm, iPhone 14 Pro modelində isə 2.15 mm ölçüsündədir.
Əvvəlki modeller olan “iPhone 15 Pro” və “Pro Max“-dan daha geniş çərçivələrinə nisbətən daha ince və minimal dizaynın bir göstəricisidir. İncə çərçivələr, telefonun görkəmini daha futuristik və gözəl edir, həmçinin ekranın korpusa görə nisbəti artırır.
Bundan əlavə internetdə yayılan məlumatlara görə, iPhone 16 Pro hazırki model olan iPhone 15 Pro daha böyük ölçülərə sahib olacaq, buda onun daha böyük batareya tutumuna sahib olacağından xəbər verir.
Apple Sentyabr ayında WWDC (Ümumdünya Yaradıcılar Konfransı) -da iPhone 16 modellerini təqdim edəcək.