TexnoPlay.Az – xəbər verirki, son zamanlar elan saytlarında fırıldaqcılar hədinən artıq çoxalıb.
Xisusən sizdən heç bir şey tələb etmədən kreditlə vəya çox ucuz qiymətə bahalı telefonları satdığını iddia edən satıçılara diqqət etmək lazımdır.
Telefonun niyə bu qədər ucuz satıldığını soruçduqda isə, cavab olaraq telefonun xaricdən gətirildiyini onun üçün belə ucuz olduğunu inandırmağa çalışırar. “fırıldaq satıcılar” elan saytlarında olan pullu xidmətlərdən yararlıb “Mağaza” statusu alırlar, və elanlarınıda “İRƏLİ ÇƏK” “VIP” “PREMIUM” ilə bölmələrdə ilk sıralarda göstərərək daha çox insanı aldadırlar. “Mağaza” statusu ilə isə, rahat şəkildə istədikləri qədər elan yerləşdirə bilirlər. İnsanlar isə “Mağaza” statusunu görüb “fırıldaq satıcılara” güvənirlər.
Təbiki tək bunlar deyil saysız hesabsız tələlər qurub insanları aldadıb pullarını mənimsəyirlər.
Hədinən artıq ucuz qiymətə olan məhsullara baxıb insanlar həmin satıçılarla əlaqə yaradır və telefonun başqa (şəhər vəya rayonda) olduğunu deyib poçt vəya bir başa kuryerlə çatdırlacaqlarını vəd edərək ödəniş tələb edirlər.
Demək olarki, bu fırıldaqcılıqla məşqul olanların hamısı ödənişi karta onun kartına köçürməyinizi tələb edir. Sərfəli qiymətə telefon almaq istəyən müştəri isə pulu “fırıldaq satıcı”-nın kartına köçürdükdən sonra, “fırıldaq satıcı”ya zəng çatmır, satıçı müştəriyi blok edir.
Saysız hesabsız bu işlə internetdə məşqul olanlar var, onlayn məhsul alarakən ehtiyatlı olmağınızı və rəsmi saytlar vəya tədbiqlərdən istifadə etməyinizi məsləhət görürük.