Activision şirkəti Call of Duty Black Ops seriyasının yeni oyunu olan Call of Duty Black Ops 6 üçün tanıtım treyleri videosu yayımlayıb.
Microsoft-un iyun ayında keçiriləcək Xbox tədbirində Black Ops 6-nın birbaşa Game Pass-a təqdim ediləcəyini gözlənilir. Xbox rəhbəri Sarah Bondun son şərhləri göstərir ki, Microsoft-un bütün oyunları, o cümlədən Activision tərəfindən hazırlanmış oyunlar birbaşa Game Pass-da mövcud olacaq.
Buda o deməkdir ki, Call of Duty Black Ops 6 oyunuda Game Pass-da olacaq.
Bu xəbər oyunsevərlər üçün çox sevindiricidir, çünki bu, yeni oyunların az xərclə və dərhal Game Pass-a gələcəyi deməkdir.
Sarah Bondun sözlərində bunu təsdiq edir o deyibki: bu, istifadəçilərin daha çox oyunu daha az xərclə təcrübə etmələrinə imkan verəcək. Activision-un oyunları, xüsusilə də məşhur seriyalar, oyun kataloquna əlavə olunacaq ki, bu da Game Pass-ın dəyərini daha da artıracaq.
Bu açıqlama həm də Microsoft-un oyun sənayesindəki mövqeyini gücləndirmək və daha çox oyunçu cəlb etmək strategiyasının bir hissəsidir. Xbox tədbiri zamanı daha çox detalların açıqlanması gözlənilir.
Call of Duty Black Ops 6 rəsmi treyleri