Mobil Program Texnologiyalar

Apple yeni şifrələr tətbiqi: Passwords təqdim olundu

WWDC 2024 tədbirində Apple, istifadəçiləri sevindirəcək yeni bir tətbiqi təqdim etdi: Apple Passwords. Bu innovativ tətbiq, iCloud Şifrə Zənciri xüsusiyyətlərini inkişaf etdirərək şifrələrinizi daha çox cihazda sinxronizasiya etməyə imkan verir. Bundan əlavə, Apple Passwords ilə şifrələrinizi qruplar halında paylaşmaq da mümkündür.

Artıq bütün şifrələrinizi bir yerdə saxlamaq asandır. iPhone, iPad, Mac və hətta Windows kompüterinizdə eyni şifrələri istifadə etmək artıq daha da rahatdır. Apple‘ın müstəqil şifrə meneceri proqramı artıq Windows platformasında da mövcuddur.

Apple Passwords tətbiqi yalnız giriş məlumatlarını deyil, həm də Wi-Fi şifrələrinidə bir yerdə saxlayır. Bundan əlavə, şifrələri qruplarda paylaşmaq imkanı sayəsində ailəniz və ya həmkarlarınızla şifrələrinizi paylaşmaq çox asan olacaq. Bu, tədbiq ilə şifrələrini tez-tez unudanlar üçün müəyyən bir sürətdə həll yolu olacaq.

Apple inteqrasiyaları sayəsində şifrələr, 1Password və ya Bitwarden kimi digər şifrə menecerlərindən daha təhlükəsiz və faydalıdır. Apple girişləri və ailə paylaşımı parametrləri ilə mükəmməl uyğunlaşacaq bu proqram təhlükəsizlik pozuntularından qorxanlar üçün idealdır. Apple dəstəyi ilə şifrələriniz həmişə təhlükəsiz olacaq.

Əvvəllər parollarınızı Safari parametrlərindən və ya Mac Sistem Tercihlərindən almalı idiniz. Amma indi hər şey Parollar tətbiqində bir yerdədir. Bundan əlavə, doğrulama kodları və təhlükəsizlik xəbərdarlıqları da bu proqramda toplanır. Bundan sonra şifrələrinizi idarə etmək və təhlükəsizliyinizi təmin etmək daha asant olacaq.

Təəssüf ki, Android istifadəçiləri üçün Apple Passwords əl çatan olub – olmayacağı barədə heç bir qeyd yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir