Mobil

Bütcə Dostu “Honor X6b” Daha Güclü və Ucuz

TexnoPlay.Az-ın məlumatına görə, Honor şirkəti mobil cihazlar kataloqona olan yeni cihazı olan “X6b“-ni əlavə edib. Oxşar model olan və 2022-ci ildə satışa çıxan “Honor x6” ilə arasında əsasən yaddaş, prosessor, və əməliyyat sistemi fərqi var, bundan başqa demək olarki gözə dəyməyəcək qədər kiçik fərqləri bir necə fərq var. Amma qiymət tərəfində yeni cihaz olan “Honor x6b” 2 il əvvəl satışa çıxmış “Honor x6” 40 Avro (təxmini 74 manat) daha ucuzdur.

Əgər 2 il əvvəl istesal olunub və satışa buraxılmış telefon ilə bu gün təqdim edilən telefon arasında ki tək fərq olan yaddaş tutumu, operativ yaddaş, əməliyyat sistemi və prosessora baxsaq, “Honor x6b” 256GB Daxili , 6GB RAM (operativ) yaddaş tutumu ilə fərqlənir. Bundan başqa telefon “Mediatek Helio G36” prosessoru və “Android 13, Magic OS 7.1” əməliyyat sistemi ilə təhiz olunub.

Əvvəlki modeldə isə “Mediatek Helio G25” və “Android 12, Magic UI 6.1” ilə təchiz olunmuşdu. Və son olaraq yeni cihazda batareya tutumu 5200 mAh və 22 vatt’a qədər sürətli sarj imkanı var.

Telefon 3 model adı ilə buraxılır. Model adları bunlardır “VNE-LX1, VNE-LX2, VNE-LX3”.

Honor x6b – Bütün Xüsusiyyətləri

Şəbəkə Texnologiyası
Yeni cihaz GSM, HSPA və LTE şəbəkə texnologiyalarını dəstəkləyir. Bu da istifadəçilərə sürətli və etibarlı əlaqə imkanı verir. 2G, 3G və 4G şəbəkələrində işləyir və aşağıdakı tezlik diapazonlarını dəstəkləyir:

  • 2G: GSM 850 / 900 / 1800 / 1900 – SIM 1 və SIM 2
  • 3G: HSDPA 850 / 900 / 1900 / 2100
  • 4G: LTE

Sürət: HSPA və LTE texnologiyaları ilə yüksək sürətli internet təmin edir.

Korpus və Dizayn

  • Ölçülər: 163.6 x 75.3 x 8.4 mm
  • Çəki: 192 qram
  • SIM: İki SIM kart (Nano-SIM, dual stand-by)

Ekran

  • Növü: TFT LCD, 90Hz yenilənmə sürəti, maksimum 780 nit parlaqlıq
  • Ölçü: 6.56 düym
  • Həll: 720 x 1612 piksel, 20:9 nisbət, təxminən 269 ppi sıxlıq
  • Xüsusiyyətlər: Həmişə açıq ekran

Platforma

  • Əməliyyat Sistemi: Android 14, Magic OS 8
  • Çipset: Mediatek Helio G85 (12 nm)
  • CPU: 8 nüvəli (2×2.0 GHz Cortex-A75 & 6×1.8 GHz Cortex-A55)
  • GPU: Mali-G52 MC2

Yaddaş

  • Kart yuvası: microSDXC
  • Daxili yaddaş variantları:
  • 128GB 4GB RAM
  • 128GB 6GB RAM
  • 256GB 6GB RAM

Əsas Kamera

  • İkili Kamera:
  • 50 MP, f/1.8, geniş bucaq, PDAF
  • 2 MP, f/2.4, dərinlik sensoru
  • Xüsusiyyətlər: LED flaş, HDR, panorama
  • Video: 1080p@30fps

Ön Kamera

  • Tək Kamera: 5 MP, f/2.2, geniş bucaq
  • Video: 1080p@30fps

Səs

  • Dinamik: Bəli
  • 3.5mm Jack: Bəli

Rabitə bağlantısı

  • WLAN: Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct
  • Bluetooth: 5.1, A2DP, LE, aptX HD
  • Yer Təyinetmə: GPS, GLONASS, GALILEO, BDS
  • NFC: Bəli (yalnız JDY-LX1 modeli)
  • Radio: Yox
  • USB: USB Type-C 2.0, OTG

Xüsusiyyətlər

  • Sensorlar: Barmaq izi oxuyucu (yan tərəfdə), akselerometr, giro, yaxınlıq, kompas

Batareya

  • Növü: Li-Po, Tutumu: 5200 mAh
  • Şarj: 35W qədər simli sürətli sarj imkanı

Əlavə Məlumatlar

  • Rənglər: Meşə Yaşıl, Ulduzlu Bənövşə, Okean Mavisi, Gecə Qara
  • Modellər: JDY-LX1, JDY-LX2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir