Mobil Program Suni intelekt

Microsoft – Telegram’a Copilot suni intelektini əlavə edilib

TexnoPlay.Az – xəbər verir ki, Telegram daxilində Microsoft-un rəsmi Copilot süni intellekt asistenti əlavə edilib. Copilot‘a suallarınızı verə, məlumat axtara və müxtəlif vəzifələrdə yardım ala bilərsiniz. Bəzən kiməsə bir şey soruşmaq istəyirsiniz, amma dəqiq cavabı tapa bilmirsiniz, bax bu bot məhz həmin anlar üçün idealdır.

Copilot botu, Telegram platformundakı digər istifadəçilərlə olan normal söhbətləri ilə eyni şəkildə istifadə olunur. Əvvəlcə axtarışda @CopilotOfficialBot botunu yazıb tapırıq. Daha sonra /start ilə botu başlatdıqda sizdən nömrənizi tələb edəcək, nömrənizi qeyd etdikdən sonra Copilot botundan istifadə edə biləcəksiniz.

Copilot botdan ağlınıza gələ biləcək hərşeyi soruça bilərsiniz, “film” “kodlama” “dərs” “oyun” “yemək resepti” kimi nümünə yazırıq, amma sizə nə lazım olsa onu yaza bilər və məlumat ala bilərsiniz.

Copilot, gündəlik sizə 30 dəfə söhbət etmək limiti verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir