Mobil Program Sosial Şəbəkə

Telegram-ın beta versiyasında yeni funksiyalar aşkarlanıb

TexnoPlay.Az – məlumat veririki, “Kod Durova” portalı Telegram-ın Android beta versiyasında rəsmi şəkildə təqdim edilməmiş yeni funksiyalar aşkarlayıb. Yeni funksiyalar, həşteq üzrə qlobal axtarış, mesajların animasiyası və bir necə yeni dəyişikliklərdir.
Yeni funksiyaların bəzilərini təqdim edirik.

1. Həşteq üzrə axtarış üçün istənilən mesajdakı həştəqə toxunduqdan sonra bir pəncərə açılacır, və bu üç slayderli səhifə gəlir “This Chat”, “My Messages” və “Public Posts”.
Public Posts slayd edib açdıqda həmin həşteqlə bağlı olan kanallardaki mesajlar görünəcək.

2. Mesajı redaktə edərkən böyük sitatları yığışdırmaq imkanı əlavə edilib, bu da daha gözəl və qısa məzmun yaratmaq imkanını verir. Artıq uzun sitatları bir neçə cümləyə salıb, məqalələrin və ya yazıların qısaldılmasına kömək edir. Bu yenilik, yazışmaları daha səmərəli və maraqlı hala gətirir.

3. Şəxsi mesajlaşmada mesajlara yeni animasiyalar əlavə edilib, bu isə mesajlaşmanı çox əyləncəli maraqlı edəcək.

4. Şəxsi yazışma zamanı qarşı tərəfin avatarına basılı saxladıqda, onun sizə göndərdiyi bütün mesajlara baxa bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir