TexnoPlay.Az – məlumat verirki, Honq-Konq şirkəti olan Infinix Mobile yeni cihazı olan Infinix Note 40 5G bugün təqdim edib.
Infinix Note 40 5G Telefon demək olarki, qiymətinə və üstünlüklərinə görə Android həvəskarları üçün mükəmməl seçimdir.
Infinix Note 40 5G – 3D-Curved AMOLED 6.78 düym 120Hz tezliyə və 1300 nitə qədər parlaqlığı olan ekranla gəlir. Prosessor tərəfində isə telefon “Octa-core (2×2.2 GHz Cortex-A78 & 6×2.0 GHz Cortex-A55)” ilə təchiz olub. 108MP arxa və 32MP ön kamerası ilə möhtəşəm şəkillər çəkə bilərsiniz. 5000 mAh qədər olan batareyası isə istər oyuncular istər aktiv sosial şəbəkə istifadəçiləri üçün yetərli olacaqdır. 33W sürətli sarjla telefon 31 dəqiqəyə 50% sarj olur. Telefon simsiz sarj özəlliyidə var, və simsiz sarj ilə 15W qədər sürətli sarjı dəstəkləyir. 512GB Yaddaş 12GB RAM ilə gələn telefon MicroSD card dəstəkləmir.
Telefonun qutusundan nələr çıxır ?
- Telefonun özü
- Qida bloku
- USB-A to USB-C
- Magcharge dəstəkli selekon kaburo
- Simsiz sarj üçün MagCharge
Daha ətraflı Xisusiyyətləri
Şəbəkə | 2G GSM, 3G HSDPA, 4G LTE, 5G SA/NSA |
Prosessor | Octa-core (2×2.2 GHz Cortex-A78 & 6×2.0 GHz Cortex-A55) |
Ekran | 6.78 düym, 3D-Curved AMOLED,120Hz, 1300 nitə qədər parlaqlıq |
Yaddaş | 256GB Yaddaş – 8GB/12GB RAM |
Kamera | Əsas: 108 MP, f/1.8, 24mm PDAF 2 MP, f/2.4 2 MP, f/2.4 Ön: 32 MP, f/2.2 |
Rəng | Qara, Qızıl |
NFC | Var |
Batareya | 5000 mAh, 33w sürətli sarj dəstəyi ilə |
Əməliyyat sistemi | Android 14, XOS 14 |