“Whatsapp” yaxın zamanda “plus” “gb” “aze” kimi redakte edilmiş versiyaların istifadəsini tam dayandırmış olasada, təkrar “WhatsApp Plus“un rahat işləyən versiyası ortaya çıxıb.
“Araz Həsənzadə, Paşa Bank ASC-nin nümayəndəsi kimi Fintex Sammitində dünyada ən çox “WhatsApp Plus” istifadəçisinin Azərbaycanda olduğunu açıqlayıb. Bu məlumat, “Kaspersky” şirkətinin statistikaları ilə də təsdiqlənib. Lakin bu istifadəçi sayısı ilə bağlı bəzi təəssüflənəcək məlumatlar var.
A.Həsənzadənin dediklərinə görə, “WhatsApp Plus” adlı tətbiq bir çox təhlükəlidir. Bu tədbiq, istifadəçilərin cihazlarındakı məlumatları, hərəkətləri və hətta gələn SMS-ləri izləyir və bu məlumatları 3-cü tərəflərə ötürür. İstifadəçilərin icazəsi olsa belə, proqram cihazları idarə edə bilir, məsələn, gecə vaxtı ekranı qara qaldırıb PIN kodları daxil edərək maliyyə əməliyyatları həyata keçirə bilir. Bu, istifadəçilərin maliyyə güvənliliyini və şəxsi məlumatlarının gizliliyini ciddi təhlükə altına salır.
Bu məsələlərə görə, banklar və istifadəçilər müxtəlif təhlükəsizlik tədbirləri görməlidirlər. Banklar, müştərilərinin maliyyə güvənliliyini təmin etmək üçün daha effektiv tədbirlər görməli, istifadəçilər isə cihazlarının təhlükəsizliyini artırmaq üçün əlavə addımlar atmalıdırlar. Yoxsa, “WhatsApp Plus” və buna bənzər tətbiqlər istifadəçilər üçün böyük risk yarada bilər.”